Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? - VİDEO

Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? - VİDEO

Hazırda oxunan: Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? - VİDEO

207794

İctimai nəqliyyatda gediş haqları artırıldıqdan sonra vətəndaşlar keyfiyyətin də artacağını düşünürdülər. Lakin hələ də Bakı metropolitenində köhnə vaqonlardan istifadə olunur.

Bizim.Media xəbər verir ki, mövzuya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov münasibət bildirib.

Onun sözlərinə görə, hazırda hər 3 xəttə xidmət göstərən 61 qatar mövcuddur. Yaxın vaxtlarda vaqon parkının genişləndirilməsi üçün yeni qatarların gətirilməsi nəzərdə tutulub. 

Onun sözlərinə görə, artıq bu qatarlardan 2-si Bakıya çatdırılıb.

Bəxtiyar Məmmədov həmçinin onu da bildirib ki, qatarlar arasında intervalın çox olması texniki tələblərə uyğunlaşdırılır. Yəni, qış rejimində sıx intervallar tətbiq edildiyi halda yay rejimində bu, sərnişinlərin hərəkət qrafiki ilə tənzimlənir. Tədris ili başladığı zaman isə qatarlar arasında minimum interval tətbiq edilir.

Qurum rəsmisi eyni zamanda  onu da əlavə edib ki, texniki cəhətdən kondisionerlərin köhnə qatarlara quraşdırılması mümkün deyil.

Buna səbəb isə vaqonun hər iki istiqamətində soyuducu çənlərin, elektrik xətlərinin quraşdırılması üçün mümkün təchizat qurğularının olmamasıdır.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO