“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı qərarın qəbulu müddəti BAŞA ÇATDI

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı qərarın qəbulu müddəti BAŞA ÇATDI

Hazırda oxunan: “Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı qərarın qəbulu müddəti BAŞA ÇATDI

207769

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
 

Seçki qanunvericiliyə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmış akkreditasiyadan keçmək barədə MSK-ya yazılı müraciət təqdim etməlidirlər. 


Seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası qaydalarına görə, hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Təqvin Planında “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi üçün müddət avqustun 22-dək müəyyən edilib.

Qeyd edək ki, sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO