Nömrəsiz sürdüyü avtomobili sosial şəbəkədə paylaşan şəxs SAXLANILDI

Nömrəsiz sürdüyü avtomobili sosial şəbəkədə paylaşan şəxs SAXLANILDI

Hazırda oxunan: Nömrəsiz sürdüyü avtomobili sosial şəbəkədə paylaşan şəxs SAXLANILDI

207738

Normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirən, ön dövlət qeydiyyat nişanını çıxaran, təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə edən və bu hərəkətləri sosial şəbəkədə təbliğ edən şəxs müəyyən edilərək saxlanılıb.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev məlumat verib.
 

Onun sözlərinə görə, Şamaxı rayon sakini Sərxan Vüqar oğlu Məmmədov 56-BF-644 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati hüquq pozuntularına görə Müşfiq qəsəbəsində yerləşən stasionar postda saxlanılıb.


Araşdırma zamanı məlum olub ki, Sərxan Məmmədov avtomobili etibarnaməsiz idarə edib və bu qanunsuz hərəkətləri sosial şəbəkədə yaymaq məqsədilə törədib.

Hazırda etdiyi əməllərdən peşman olduğunu bildirib. Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri görülüb.

M.Ağayev bir daha sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, ölkəmizdə sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə və böyüyən gənc nəsil üçün yaxşı nümunə olmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO