Özündən 33 yaş kiçik sevgilisini öldürən müəllimə HÖKM OXUNDU

Özündən 33 yaş kiçik sevgilisini öldürən müəllimə HÖKM OXUNDU

Hazırda oxunan: Özündən 33 yaş kiçik sevgilisini öldürən müəllimə HÖKM OXUNDU

207710

Abşeron rayonunda gənc sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin məhkəməsi yekunlaşıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmə prosesində dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən E.Quliyev 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.

Belə ki, hadisəni törədən 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində tanışı 1994-cü il təvəllüdlü Arzu Rəhimova ilə aralarında yaranmış mübahisəyə görə onun başına daş parçası ilə vurduqdan sonra əllərilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Quliyevin Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində cinayət məcəlləsinin 120.1-ci maddəsiylə istintaq aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO