Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, rayon sakini 1986-cı il təvəllüdlü Nurlan Hümbətov daxilə keçməyən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Daşkəsəndə mübahisə qanla BİTDİ
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Müşviq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Bizim.Media