Bakıda 3 piyada xəstəxanalıq oldu

Bakıda 3 piyada xəstəxanalıq oldu

Hazırda oxunan: Bakıda 3 piyada xəstəxanalıq oldu

207464

Bakıda piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisələrdən ikisi Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Aynur Aprel qızı Abdullayeva yolu keçərkən motosiklet onu vurub. Digər hadisə zamanı isə 1975-ci il təvəllüdlü Rəqsanə Tahir qızı Həsənovanı avtomobil vurub.

Üçüncü hadisə Sabunçu rayonunda baş verib. 2004-cü il təvəllüdlü İlyas Nəsimi oğlu Hüseynov yolu keçərkən avtomobil onu vurub.

Hər üç piyada xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO