Bakının hansı rayonunda restoran biznesi daha çox gəlir gətirir? - VİDEO

Bakının hansı rayonunda restoran biznesi daha çox gəlir gətirir? - VİDEO

Hazırda oxunan: Bakının hansı rayonunda restoran biznesi daha çox gəlir gətirir? - VİDEO

207455

Bu ilin I yarımilində paytaxt ərazisində kafe və restoranların ən yüksək dövriyyəsi olan rayonların siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, cari ilin I yarımilində kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.8% artaraq 708.1 milyon manat olub. Ekspert Səbail rayonunda iaşə obyektlərinin yüksək gəlir gətirməsinin səbəbini isə belə izah edib.

İqtisadçı deyir ki, hesabat dövründə paytaxtın Yasamal, Xəzər, Sabunçu rayonlarında ictimai iaşə dövriyyəsi azalıb. Qalan doqquz rayonunda isə artıb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO