Müğənni Sevda Sanaliyevanın başına iş gəlib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi özünün "Instagram" hesabında məlumat yayıb.
O bildirib ki, artıq bir müddətdir naməlum şəxs tərəfindən yaşadığı binanın ətrafında davamlı şəkildə izlənilir: "Bəli, sözün əsl mənasında qapımda "manyak" yatır. Eyvana çıxa bilmirəm, eyvanın altında dayanır. Bloka girə bilmirəm, qaranlıq tərəfdən birdən-birə qarşıma çıxıb, məni qorxudur. Gördüyünüz bu maşınla hər gün eyvanımın altında dayanır. Hara gedirəmsə, arxamca gəlir və məni izləyir. Uzun müddətdir ki, həyatımı belə yaşayıram.
“Hər kəs bilsin ki, əgər mənə nəsə olsa, səbəbkarı bu insandır. Məsələ ilə bağlı polisə müraciət etmişəm, ərizələr yazmışam. DİN-nin "102" Çağrı Mərkəzinə dəfələrlə şikayət etmişəm”.
Müğənni yaşadığı binanın avtodayanacağında nəzarət kamerası tərəfindən gecə saat 01:00-da qeydə alınan görüntüləri də yayımlayıb. Kadrlarda Sevda maşını ilə avtodayanacağa daxil olub liftə tərəf gedərkən həmin şəxs ona tərəf getməyə cəhd edib. Görüntülərdə sənətçi qapının arxasından qışqıraraq ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyini dilə gətirib. Daha sonra həmin şəxs Sevdanın mənzilinin qapısına gələrək saatlarla zəngi basıb.
Sözügedən video görüntüləri təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:27 / 20.08.2024
Sevda Sanaliyeva naməlum şəxs tərəfindən İZLƏNİLİR - İDDİA/VİDEO
Hazırda oxunan: Sevda Sanaliyeva naməlum şəxs tərəfindən İZLƏNİLİR - İDDİA/VİDEO
Hazırda oxunan: Sevda Sanaliyeva naməlum şəxs tərəfindən İZLƏNİLİR - İDDİA/VİDEO
207448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.