Tibb müəssisəsində “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

Tibb müəssisəsində “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

Hazırda oxunan: Tibb müəssisəsində “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

207402

Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Hər il olduğu kimi bu il də birinci sinfə və məktəbəhazırlıq qruplarına şagird qəbulu davam edir. Valideynlərdən tələb olunan sənədlər arasında uşağın sağlamlığı haqqında tibbi arayış da (forma 26U) yer alır.

Bunun üçün valideynlər azyaşlının qeydiyyatda olduğu poliklinikalara müraciət etməli və lazımi müayinələrdən keçərək arayış əldə etməlidirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda poliklinika binası narkomanların məskəninə çevrilib - VİDEO


Uşaqlara tibbi arayış pulsuz verilsə də, bəzi valideynlər bizə müraciət edərək onlardan arayış üçün 40 manat tələb edildiyini yazırlar. Valideynlər iddia edirlər ki, Suraxanı rayonu 24 saylı birləşmiş şəhər xəstəxanası hər arayışa görə valideynlərdən 40 manat alır.

Məsələ ilə bağlı 24 saylı birləşmiş şəhər xəstəxanası ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı. İddialarla bağlı, TƏBİB-ə sorğu ünvanladıq.

Qurumun mövqeyini dərc etməyə hazırıq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO