Ağdaşda avtomobil piyadanı vurdu - Daha sonra kanala aşdı - FOTO

Ağdaşda avtomobil piyadanı vurdu - Daha sonra kanala aşdı - FOTO

Hazırda oxunan: Ağdaşda avtomobil piyadanı vurdu - Daha sonra kanala aşdı - FOTO

207361

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 224-cü km-də, rayonun Qaraqan kəndi ərazisində qeydə alınıb.
 

2002-ci təvəllüdlü İbrahimov Səbuhi Raqif oğlunun idarə etdiyi “KİA” markalı avtomobil Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Rəşidov Səməd Sərvər oğlunu vurub. Daha sonra avtomobil yol kənarındakı su kanalına düşüb.


Qəza zamanı xəsarətlər alan piyada və sürücü təcili tibbi yardım maşını ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO