Bu həftə milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI

Bu həftə milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI

Hazırda oxunan: Bu həftə milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI

207357

Avqustun 19-dan 26-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Göygöl milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin 20-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq. 

Şahdağ milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 19-20-də gündüz saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq. 
Altıağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti olacaq. 
 

Samur-Yalama milli parkının şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 23-də gündüz, 25-də isə gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-32°isti olacaq. 


Şirvan milli parkında turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. 

Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. 

Qızılağac milli parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq. 

Hirkan milli parkının cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO