Kürdəmirdə ağır QƏZA - Xəsarət alan var

Kürdəmirdə ağır QƏZA - Xəsarət alan var

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA - Xəsarət alan var

207289

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ 2104” markalı maşın həmin yolda hərəkətdə olarkən “VAZ 2106” markalı avtomobillə toqquşub.
 

Nəticədə “VAZ 2104” markalı maşının sürücüsü, Mollakənd kənd sakini 1984-cü il təvəllüdlü Qasımov Xətai İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.


Hazırda faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO