Bakıda baş verən yanğının təfərrüatı AÇIQLANDI - VİDEO

Bakıda baş verən yanğının təfərrüatı AÇIQLANDI - VİDEO

Hazırda oxunan: Bakıda baş verən yanğının təfərrüatı AÇIQLANDI - VİDEO

207276

Səhərə yaxın paytaxtın Nərimanov rayonunun Çernyayevski küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsindəki mənzillərdən birindən tüstü çıxmağa başlayıb. Qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Bizim.Media xəbər verir ki, məlumata görə, mənzildə yataq xəstəsi olan yaşlı bir kişi və onun həyat yoldaşı yaşayırmış. Qadın səhər işə gedərkən bədbəxt hadisə baş verib.

Yanğınsöndürənlər tərəfindən aşkar edilən kişi meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğın nəticəsində ümumi sahəsi 36 kvadratmetr olan mənzilin bir otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından qorunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisəyə siqaret kötüyünün səbəb olduğu deyilir.

Daha ərtaflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO