Göygöldə ailə faciəsi - 8 yaşlı qız öldü... + FOTO

Göygöldə ailə faciəsi - 8 yaşlı qız öldü... + FOTO

Hazırda oxunan: Göygöldə ailə faciəsi - 8 yaşlı qız öldü... + FOTO

207128

Xəbər verdiyimiz kimi, Göygöl rayonunda ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, Bakı-Qazax magistralının 354-cü kilometrliyində “KamAZ” markalı yük maşını ilə 1965-ci il təvəllüdlü, rayonun Hacıməlik kənd sakini Oruc Salmanovun idarə etdiyi “Opel Vectra” markalı minik avtomobili toqquşub.

 

Nəticədə “Opel Vecrta”da olan sərnişinlərdən biri, sürücünün nəvəsi, 2015-ci il təvəllüdlü Ləman Salmanova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü, onun həyat yoldaşı və gəlini isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO