Onu Elçin Quliyev də təltif etdi – FOTO

Onu Elçin Quliyev də təltif etdi – FOTO

Hazırda oxunan: Onu Elçin Quliyev də təltif etdi – FOTO

206983

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə Firad Əliyevi təltif edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə mükafatlandırılıb.
 

Xatırladaq ki, bir müddət əvvəl, daha doğrusu 26 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik  Zakir Həsənov da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Firad Əliyevi "Hərbi Əməkdaşlıq  sahəsində xidmətlərə görə" medalı ilə təltif etmişdir.


Məlumat üçün qeyd edək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirmişdir.

12 aprel 2005-ci il tarixdən Prokurorluq Orqanlarında qulluq keçir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO