Sumqayıtda qumbara partladı – ÖLƏN VAR - YENİLƏNİB

Sumqayıtda qumbara partladı – ÖLƏN VAR - YENİLƏNİB

Hazırda oxunan: Sumqayıtda qumbara partladı – ÖLƏN VAR - YENİLƏNİB

206907

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

*** 11:19

Sumqayıt şəhərində mənzildə partlayış olub. 

Bizim.Media xəbər verir ki, mənzildə olan bir nəfərin əlində partlayıcının partladığı və həmin həmin şəxsin öldüyü bildirilir. 

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO