Ölkə ərazisində yağıntılı hava şəraiti bu tarixədək davam EDƏCƏK

Ölkə ərazisində yağıntılı hava şəraiti bu tarixədək davam EDƏCƏK

Hazırda oxunan: Ölkə ərazisində yağıntılı hava şəraiti bu tarixədək davam EDƏCƏK

206895

Avqustun 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. 

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub. 
 

Düşən yağıntının miqdarı Kürdəmirdə 16 mm, Oğuzda 14 mm, Qobustanda 11 mm, Yevlax, Göyçayda 6 mm, Yardımlı, Cəfəxanda 5 mm, Lerik, Zərdab, Ordubad, Sabirabad, Biləsuvar, Şirvan, Lənkəran, Astara, Qrız, Xaltan, Neftçala, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. 


Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO