32 il sonra nəşi tapılan şəhidin qardaşı: “Gözümüz yollardan çəkildi” - VİDEO

32 il sonra nəşi tapılan şəhidin qardaşı: “Gözümüz yollardan çəkildi” - VİDEO

Hazırda oxunan: 32 il sonra nəşi tapılan şəhidin qardaşı: “Gözümüz yollardan çəkildi” - VİDEO

206833

“Gözümüz yollarda qalmışdı. Çox şükür, gözümüz yollardan çəkildi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri şəhid Yarıyev Qənbərin qardaşı Yarıyev Cahangir jurnalistlərə açıqlamasında deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

32 ildən sonra qalıqları tapılan şəhid Salyanda dəfn edildi - FOTO


“Hamı bizə göz aydınlığı verdi. Gözümüz yollardan çəkildi. Hazırda bu sevinci yaşayırıq”, - şəhidin qardaşı bildirib. 

C.Yarıyev onlara bu sevinci yaşadan hər kəsə təşəkkür edib. 

Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Qənbər Yarıyevin nəşinin qalıqları isə bugün doğma yurdu Salyanda torpağa tapşırılıb.  

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO