Ağsuda ağır QƏZA: Ölən və yaralanan var - FOTO

Ağsuda ağır QƏZA: Ölən və yaralanan var - FOTO

Hazırda oxunan: Ağsuda ağır QƏZA: Ölən və yaralanan var - FOTO

206830

Ağsuda ağır yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, “VAZ 2106” markalı maşının sürücüsü, rayon sakini Nazim Abışov şəhər ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq daş hasara çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin Ağsu sakini Əmirov Rövşən Əzizbəy oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Sürücü Abışov Nazim Paşa oğlu isə ağır bədən xəsarətləri alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır. 



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO