Tovuzda avtomobilin Kürə düşməsi nəticəsində batan daha bir nəfərin meyiti TAPILDI

Tovuzda avtomobilin Kürə düşməsi nəticəsində batan daha bir nəfərin meyiti TAPILDI

Hazırda oxunan: Tovuzda avtomobilin Kürə düşməsi nəticəsində batan daha bir nəfərin meyiti TAPILDI

206822

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən digərinin meyiti suda tapılıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan tapılan 1988-ci il təvəllüdlü Elxan Sadıqovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Abşeronda avtomobil kanala DÜŞDÜ - Sürücünün axtarışları davam etdirilir


Qeyd edək ki, iyunun 2-də hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub. 

1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyin oğlunun meyiti dünən avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO