Nəsillərarası UÇURUM – Valideynlərin qərarlarını övladlar niyə QƏBUL ETMİR?

Nəsillərarası UÇURUM – Valideynlərin qərarlarını övladlar niyə QƏBUL ETMİR?

Hazırda oxunan: Nəsillərarası UÇURUM – Valideynlərin qərarlarını övladlar niyə QƏBUL ETMİR?

206806

Bu bir reallıqdır ki, bütün valideynlər nə qədər fərqli olduqlarını, övladlarını nə qədər sevdiklərini və onları həddindən artıq qorumağa çalışdıqlarını söyləyirlər. Bu sevgi o qədər güclü olur ki, bir çox hallarda valideynlər öz övladlarının əvəzindən plan cızır, qərarlar verirlər. Bu isə bəzi hallarda narazılığa və hətta ailədaxili münaqişəyə gətirib çıxarır. 

Bəzi övladlar da hesab edir ki, ən doğru qərarı onlar özləri verə bilərlər. Buna görə də bir çox hallarda valideynlərin üzərinə gedirlər. Məsələn, bu yaxınlarda aparılan beynəlxalq tədqiqat nəticəsində anaların 90%-nin, ataların isə 85%-nin övladları tərəfindən mühakimə olunduğu müəyyən edilib. Bəzən valideynlər əllərindən gələni etdikdə belə, övladları məmnun etmək mümkün olmur. 

Mütəxəssislər hesab edir ki, bu cəhdlər vaxt itkisindən başqa bir şey deyil. 

Ona görə də onlar hesab edir ki, övladlarımızın inkişafının mürəkkəb bir sistem olduğu qəbul etsək, uşaqlarımızla bağlı gündəlik qərarlarımıza yanaşmanı dəyişsək, daha yaxşı olardı. Çünki hər bir valideyn üçün önəmli olan görmək istədiyi son nəticə deyil, uşağın sağlamlığı və varlığıdır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev deyir ki, valideyn-övlad münasibətləri həmişə müzakirəyə açıq,aktual məsələdir:

“Nəsillərarası ziddiyyətıər, nəsillərarası varislik məsələləri həmişə mübahisələndirilir. Valideynlərin mütləq əksəriyyəti övladıarının həyatlarını şəkilləndirmək, onları bəzən öz natamam arzilarına uyğun dizayn etməkdə israrlı olur. Bu zaman uşağın daxili potensialı, fərdi xüsusiyyətləri, maraq dairəsi nəzərə alınmır. Bəzi valideynlər isə əksinə, bu məqamları nəzərə alıb övladlarına düzgün yön verməyi bacarır. Bəzən də övlad kənar təsirlərə məruz qalır, nəticədə valideynin sağlam, faydalı tövsiyələrini gözardı edir, valideynlə münaqişəli ortamda ömür sürdürür”. 

Müsahibimiz bu məsələdə hər kəs üçün fərdi yanaşmanı vacib hesab edir:

“Bəzi durumlarda valideynlər, bəzilərində isə uşaqlar haqlı olur. Onun üçün də ailələrlə işləyən sosial işçilər və psixoloqlora ehtiyac yaranır. Belə ailə anlaşılmazlıqları üçün ailə danışmanlığını aktuallaşdırır. Azərbaycan uzun müddət ənənəvi cəmiyyət olub. Belə məsələləri arxetiplər, məsələn, ağsaqqal, ağbirçəklik institutları tənzimləyib. Lakin bu gün ailələrin məzmunu, strukturu dəyişib. Artıq belə arxetiplərin funksionallığıı azalıb. Odur ki, ailələrlə işləyən yeni təsisatlara ehtiyac var. Bu baxımdan sosial işçilər və ailə psixoloqları məsələsi aktuallaşır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO