Bakıda motosiklet yolun ortasında alışdı, qəzaya səbəb oldu – VİDEO

Bakıda motosiklet yolun ortasında alışdı, qəzaya səbəb oldu – VİDEO

Hazırda oxunan: Bakıda motosiklet yolun ortasında alışdı, qəzaya səbəb oldu – VİDEO

206781

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) motosiklet və moped sürücülərinə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. 

Qeyd olunub ki, ötün gün günorta saatlarında Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyası istiqamətində motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olub və motosiklet yanıb: “Ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda eyni anda 2 qəza - ANBAAN VİDEO


Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntusuna görə, paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yaranıb. 

NİİM motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətlərimizə baxmayaraq, yollarda fürsət yaranan kimi “qaydanı pozum, heç bir problem olmaz” düşüncəsi ilə bu nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil. Həmin sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, müşahidə kameraları 24 saat işləyir və onların törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır. Mərkəz olaraq növbəti dəfə moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə, digərlərinin həyatını təhlükəyə atmasına, eləcə də yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO