Şimal-qərb bölgəsində hava kəskin dəyişdi - FOTO

Şimal-qərb bölgəsində hava kəskin dəyişdi - FOTO

Hazırda oxunan: Şimal-qərb bölgəsində hava kəskin dəyişdi - FOTO

206738

Ötən iki gündə şimal-qərb bölgəsində 35 dərəcə isti olduğu halda gecə saatlarından havanın temperaturu kəskin aşağı enib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala bölgəsinin dağlıq ərazilərində səhərin erkən saatlarından fasilələrlə yağış yağmağa başlayıb. Elə həmin saatlardan havanın temperaturu da enib. Belə ki, yüksək dağlıq ərazilərdə 17-19, digər aran ərazilərdə isə temperatur 18-20 dərəcə arasında dəyişir. 

Bölgənin turizm imkanları baxımından belə hava şəraiti kimini qane etsə də kənd yaşıl turizm və dağ gəzintisini seçənlər üçün heç də məqbul sayılmır. 

Regional Hidrometerologiya Müəssisəsindən bildirilib ki, qarşıdakı günlərdə də havanın qeyri -sabit keçəcəyi gözlənilir. Bu baxımdan Şəki-Zaqatala bölgəsinə səfərə hazırlaşanlar üst-başlarını qalın etməyi, ən azından özləri ilə çətir götürməyi unutmasınlar. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO