“Oxucular arasında nüfuzumuzu itirmişik” — Elçin Şıxlı deputatlığa namizədlərin mediadan üz döndərməsindən DANIŞDI

“Oxucular arasında nüfuzumuzu itirmişik” — Elçin Şıxlı deputatlığa namizədlərin mediadan üz döndərməsindən DANIŞDI

Hazırda oxunan: “Oxucular arasında nüfuzumuzu itirmişik” — Elçin Şıxlı deputatlığa namizədlərin mediadan üz döndərməsindən DANIŞDI

206662

“Biz jurnalistlər, qəzetlər, televiziyalar,  radiolar, media saytları, subyektə çeviriləndən bəri öz əhəmiyyətimizi hamı üçün itirmişik. Çünki biz jurnalistik, qəzetik, televiziyayıq, radioyuq, media subyekti deyilik”.  

Bizim.Media xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında tanınmış jurnalist Elçin Şıxlı deyib. 

O bildirib ki, biz özümüzü sosial şəbəkələrin vəziyyətinə saldığımız üçün bu durumdayıq:

“Subyektivliyə gəldikdə isə sosial şəbəkə, sosial platformalar da eyni şəkildə subyektdir. Biz özümüzü sosial şəbəkələrin vəziyyətinə saldığımız üçün, subyekt olduğumuz üçün mediadan istifadə etmirlər. Biz əhali, oxucular, dinləyicilər və tamaşaçılar arasında nüfuzumuzun böyük hissəsini itirmişik. Ona görə də sosial şəbəkələrə insanlar daha çox meyl edir və onlara daha çox inanırlar.  
 

Hər bir azərbaycanlı kimi, deputat olmaq istəyən insanlar da heç biri siyasətçi deyil. Çünki parlamentə gedən insanlar siyasətçi olmalıdırlar və yaxud siyasətdən anlayışı olan insanlar olmalıdır. Yəni müəyyən parlamentin fəaliyyətinə aid olan sahələrin dərin bilicisi və gözəl mütəxəssisləri olmalıdırlar ki, bu da belə deyil. 


Hər bir azərbaycanlı kimi, deputat olmaq istəyənlər də Azərbaycanlıdırlar və hər şeyin “ucuz” və “keyfiyyətli” olmasını istəyirlər. Bu da o deməkdir ki, sosial şəbəkələrdə onların əllərini ciblərinə atıb heç bir pul xərcləmələrinə ehtiyac yoxdur. Biz nə qədər ki, həqiqəti yazmıyacağıq, nə qədər ki, jurnalist olduğumuzu sübut etmiyəcəyik, bu belə də olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO