2 ay əvvəl qəzada itkin düşmüş şəxsin meyiti tapıldı

2 ay əvvəl qəzada itkin düşmüş şəxsin meyiti tapıldı

Hazırda oxunan: 2 ay əvvəl qəzada itkin düşmüş şəxsin meyiti tapıldı

206634

İyunun 2-də Tovuzda baş vermiş ağır yol qəzasında itkin düşən 2 nəfərdən birinin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunub ki, onun meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə dalğıc-xilasediciləri tərəfindən aşkarlanıb.

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, iyunun 2-də Tovuzda ağır yol qəzası baş verib. 60 BH 272 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb.

Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub. Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO