Qəbələdə “BMW” ağaca çırpıldı, ölən var – FOTO

Qəbələdə “BMW” ağaca çırpıldı, ölən var – FOTO

Hazırda oxunan: Qəbələdə “BMW” ağaca çırpıldı, ölən var – FOTO

206556

Qəbələdə sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələnin Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini Əhməd Rəsulzadənin idarə etdiyi “BMW” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq palıd ağacına çırpılıb. Sürücü Əhməd Rəsulzadə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır.







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO