DİN Şəkidə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

DİN Şəkidə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

Hazırda oxunan: DİN Şəkidə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

206549

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan, narkotik vasitələrin satışı və əkini ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakini 33 yaşlı Elvin Hüseynzadə saxlanılıb.

Onun idarə etdiyi avtomobildən “Kalaşnikov” avtomatı, daraq və 29 ədəd patron, eləcə də narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə nəqliyyat vasitəsində daşıdığını bildirib.

Keçirilən digər əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum olunmuş Mirseyid Ağababayev saxlanılıb.

Ondan 2 kiloqram marixuana və kultivasiya edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO