Əri Zülfiyyəni buna görə öldürübmüş - “Telefon işlədirdi”

Əri Zülfiyyəni buna görə öldürübmüş - “Telefon işlədirdi”

Hazırda oxunan: Əri Zülfiyyəni buna görə öldürübmüş - “Telefon işlədirdi”

206506

Bakıda arvadı 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanı qətlə yetirən 43 yaşlı Qədir Qasımovun məhkəmə prosesi başa çatıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə keçən ilin noyabrın 2-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Qədir Qasımovun məhkəmədə ifadəsində bildirib ki, Zülfiyyə ilə 16 il evli olublar. Qətlə səbəb isə həyat yoldaşının telefon işlətməsi olub:
 

“Hadisədən 2-3 ay əvvəl Xocasəndə Zülfiyyəni avtobusdan düşüb telefonla danışdığını gördüm. Onun heç vaxt telefonu olmamışdı. Anasıgilə gedəndən telefon işlədirdi. Sonra yenə telefon işlətdiyini gördüm, istədim, vermədi. Qaçıb telefonu anasına verdi. Bir dəfə də metronun yanında Zülfiyyənin telefon işlətdiyini gördüm

.
Yenə telefonu vermədi. Bir dəfə həyat yoldaşımın qohumlarına Zülfiyyənin ondan gizli telefon işlətdiyini, bu qızın öləcəyini dedim. Sonuncu dəfə də Zülfiyyənin restoranda işləməsi məni lap dəli etdi. Bundan sonra bıçaqla onu qətlə yetirdim”.

Qeyd edək ki, Qədir Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO