Neftçalada qeyri-adi hadisə: Azyaşlını naməlum varlıqlar izləyir? – VİDEO

Neftçalada qeyri-adi hadisə: Azyaşlını naməlum varlıqlar izləyir? – VİDEO

Hazırda oxunan: Neftçalada qeyri-adi hadisə: Azyaşlını naməlum varlıqlar izləyir? – VİDEO

206479

Neftçalanın Qırmızıkənd kəndində yaşayan Məmmədovlar ailəsi qəribə hadisə ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, iddiaya görə, gecə saatlarında evə daş atılır və hər kəs qorxu içindədir. 

"Bakıda idim. Evə gələndə belə bir hadisə yaşandığını dedilər. Övladımla zirzəmiyə girəndə gördüm ki, daş yuxarıya dəyib düşdü. Gecə saat 4-də də səs gəlir", - deyə evin sahibi Rahil Məmmədov bildirib. 

Dörd nəfərdən ibarət ailə yaşayış yerini dəyişdikdən sonra müşahidə edib ki, bu hal yalnız onların 11 yaşlı qızı Gülər Məmmədovanın olduğu yerlərdə baş verir. 

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub və araşdırma aparılır. 

Daha ətraflı Baku TV-nin materialında: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO