Badamdarda su borusu partladı, küçəni su basdı – FOTO/VİDEO

Badamdarda su borusu partladı, küçəni su basdı – FOTO/VİDEO

Hazırda oxunan: Badamdarda su borusu partladı, küçəni su basdı – FOTO/VİDEO

206437

Səbail rayonu, Badamdar qəsəbəsində (2-ci massiv) su borusu partlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər. 

Onların sözlərinə görə, nəticədə qəsəbədə 20-ci sahə deyilən ərazini və Tofiq Məmmədov küçəsini su basıb. 

Yaranmış problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində polietilen su borusunda qəza baş verib: “Məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər. Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa olunacaq”. 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO