Ayağında elektron qolbaq olan məhkum yenə oğurluq etdi - POLİS SAXLADI

Ayağında elektron qolbaq olan məhkum yenə oğurluq etdi - POLİS SAXLADI

Hazırda oxunan: Ayağında elektron qolbaq olan məhkum yenə oğurluq etdi - POLİS SAXLADI

206250

Lənkəranda ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb.

Bizim.Media xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən dönərxanalardan birindən gecə saatlarında 1 ədəd mobil telefon və 260 manat pul, Darquba kəndi ərazisindəki dayanacaqdan isə velosiped oğurlamaqda şübhəli bilinən İlkin Nurullazadə müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs cari ilin əvvəlində bibisinin evindən qızıl-zinət əşyaları oğurladığına görə saxlanıldığı üçün məhkəmə tərəfindən ona elektron qolbaq tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO