Qidadan restoranda 50 nəfər zəhərlənib - Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru

Qidadan restoranda 50 nəfər zəhərlənib - Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru

Hazırda oxunan: Qidadan restoranda 50 nəfər zəhərlənib - Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru

206200

Göygöl rayonunda qida zəhərlənməsi ilə müraciət edənlərin sayı 50-ə yaxındır.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev məlumat verib.

Onun sözlərinə görə, dünən axşam saatlarında xəstəxanaya 16 nəfər, bu gün isə 34 nəfər qida zəhərlənməsi diaqnozu ilə müraciət edib:

“Dünən axşam saat 11:00 radələrindən xəstəxanamıza kütləvi şəkildə dəqiqləşdirilməmiş bakterioloji qida zəhərlənməsi diaqnosu ilə vətəndaşlar müraciət etməyə başlayıb. Onlara lazımi ilkin tibbi yardım göstərildikdən sonra müəyyən hissəsi ambulator müalicə üçün evə yazılıb, az bir qismi xəstəxanada həkim nəzarətində müalicəsini davam etdirir. Xəstələrdən lazımi laborator müayinə üçün bioloji materiallar – qusuntu kütləsi aidiyyatı tibb müəssisəsinə bakterioloji müayinə üçün göndərilib” deyə V. Əliyev əlavə edib.

Direktor bildirib ki, zəhərlənmə fakti ilə bağlı yerli mühafizə orqanlarına və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar göndərilib.

Məlumat üçün bidirək ki, kütləvi zəhərlənmə hadisəsi Göygölün Toğanalı kəndində iki restoranda təçkil olunan tədbirdə baş verib.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO