Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hazırda 55-dən çox vətəndaş bu diaqnozla Gəncə Birləşmiş Xəstəxananın Yoluxucu Xəstəliklər xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən bildirilib ki, xəstələrin sayı artmaqda davam edir. Qeyd olunan zəhərlənmə Gəncədə yas mərasimində baş verib.
Qeyri rəsmi verilən xəbərə görə, ilkin versiya insanların tərəvəzdən, pomidor və xiyardan zəhərləndiyi versiyası irəli sürülür.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu