Cəlilabad rayonunda evlərdən birində meyit aşkarlanıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.
Meyitin rayon sakini, 1986-ci il təvəllüdlü Aybəniz Əbilovaya məxsus olduğu məlum olub. Evin digər sakinləri hadisə zamanı evdə olmayıb.
Əbilovanın həyat yoldaşı uzun müddət giriş qapısının açılmamasından sonra hasarı aşaraq həyətə oradan isə evə daxil olub. Bundan sonra evdə tənha qalan Aybəniz Əbilovanın cansız bədənini aşkar edilb. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına və təcili yardıma müraciət olunub.
Hazırda meyit müayinə edilmək üçün Cəlilabad Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, Aybəniz Əbilova iki övlad anasıdır və bir qızı bu yaxınlarda ali məktəbə qəbul olunub. Hətta bu yaxınlarda mərhumun təntənəli ad günü ailə tərəfindən qeyd edilib.
Baş vermiş hadisə ilə bağlı Cəlilabad prokrorluğu araşdırmalara başlayıb.
Sabutay, Bizim.Media, Cənub bürosu