Avqustun 11-i saat 9:30-a olan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 mm-dək olub.
Əvvəlcədən məlumat verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb. Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Bizim.Media