Qərbi Azərbaycan İcmasından Fransaya növbəti ÇAĞIRIŞ

Qərbi Azərbaycan İcmasından Fransaya növbəti ÇAĞIRIŞ

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Fransaya növbəti ÇAĞIRIŞ

206086

Qərbi Azərbaycan İcması Fransa hökumətindən nifrətə və irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkməyi, rasional davranış sərgiləməyi və diplomatik normaların minimal tələblərinə əməl etməyi tələb edir.

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilir.

Qeyd edilir ki, artıq bir neçə ildir ki, Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir:

"Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilib. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur. Lakin, Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir.

Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalar atır.
 

Bu şəxsin ümumiyyətlə hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır.


Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO