Beyləqanda xanım sürücünün idarə etdiyi minik maşını su kanalına aşıb. Nəticədə sürücü və sərnişin xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü İsgəndərova Mehriban Yasəf qızının idarə etdiyi "Xəzər" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı kanal düşüb.
Nəticəsində sürücü ilə yanaşı onun sərnişini, 1948-ci il təvəllüdlü Həşimova Zəhra Murtuza qızı xəsarət alıb. Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıb.
Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu