Goranboyda 5 nəfər qidadan ZƏHƏRLƏNDİ

Goranboyda 5 nəfər qidadan ZƏHƏRLƏNDİ

Hazırda oxunan: Goranboyda 5 nəfər qidadan ZƏHƏRLƏNDİ

206001

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Bizim.Media-nın xəbər verir ki, 5 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Goranboy Rayonunun Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Dərhal xəstələrə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Xəstəxanaya zəhərlənmə ilə müraciət edənlər 2012-ci il təvəllüdlü Akşin Kərimli, 2011-ci il təvəllüdlü Aynaxanım Qasımova, 2009-cu il təvəllüdlü Səfurəxanım Qasımova,1982-ci il təvəllüdlü Qabil Qasımov və 2009-cu il təvəllüdlü Afərin Kərimovadır. Zəhərlənənlərin valideynləri bildiriblər ki, uşaqlar yemək yeyəndə onların halı qəfil pisləşib.

Hazırda zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO