Zərdabda DƏHŞƏTLİ QƏZA – 3 uşaq öldü - VİDEO

Zərdabda DƏHŞƏTLİ QƏZA – 3 uşaq öldü - VİDEO

Hazırda oxunan: Zərdabda DƏHŞƏTLİ QƏZA – 3 uşaq öldü - VİDEO

205962

Ötən gecə Zərdabda ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, hadisə saat 23 radələrində Kürdəmir - Zərdab yolunda baş verib.

Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü N.Quliyevin digər qızı isə səhər saatlarında xəstəxanada vəfat edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO