Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ

Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ

Hazırda oxunan: Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ

205907

Rusiyada miqrantların taksi sürmə qadağası başlayıb. İlk addım Krasnoyarskda atılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mixail Kotyukov fərman imzalayıb.

Qərara əsasən, miqrantlara taksi sürməklə yanaşı, siqaret satmaq da qadağan olunub. Bu qadağa isə 2025-ci ilin mart ayından etibarən qüvvədə olacaq.

Kotyukov özünün "Telegram" kanalında bildirib ki, yerli işəgötürənlər əcnəbi işçilərin kənarlaşdırılmasına hazırdırlar.

"Krasnoyarsk vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi ilə birlikdə oxşar qərarların zəruri olduğu digər sahələri və fəaliyyət növlərini təhlil etməyə davam edirik", - deyə qubernator yazıb.

Sənədin məlumatlarına görə, taksi və ixtisaslaşdırılmış mağazalarda işləmək qadağası bütün əcnəbilərə deyil, yalnız patent əsasında işləyənlərə aid olacaq. Bunlar Rusiyaya giriş üçün viza tələb olunmayan, lakin işə qəbul zamanı digər sənədlər tələb olunan gəlmə vətəndaşlara verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO