“Azəriqaz” bayramda abonentlərin xidmətində olacaq

“Azəriqaz” bayramda abonentlərin xidmətində olacaq

Hazırda oxunan: “Azəriqaz” bayramda abonentlərin xidmətində olacaq

20590

“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Bizim.Media-nın məlumatına görə, Birlikdən bildirilib ki, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və sair) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da mayın 9-15-də xidmətlərini icra edəcəklər.

Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.

Bundan başqa, əvvəlcədən ödənişli “Zenner” sayğaclarının kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi ilə bağlı müraciətlər təmin ediləcək. Qırx nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək iş başında olacaqlar.

Müştəri xidmətlərində yalnız iki gün – mayın 9-u və 15-də xidmət göstərilməyəcək.

Abonentlərdən xahiş olunur ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı Çağrı mərkəzinə, 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən yazmaqla məlumat versinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO