“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi - VİDEO

“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi - VİDEO

Hazırda oxunan: “Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi - VİDEO

205899

Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb. Müvafiq qərarla sürücü Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisə dünən saat 17:30 radələrində Bakıda baş verib. Yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə “VAZ 2107” markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO