Səbaildə açıq sahədə başlayan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB/VİDEO

Səbaildə açıq sahədə başlayan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Səbaildə açıq sahədə başlayan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB/VİDEO

205879

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

17:30

Paytaxtın Səbail rayonu, 20-ci sahə ərazisində yanğın başlayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yanğın neft buruqlarının olduğu ərazidə baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.




Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO