AXCP-nin keçmiş üzvü Əli Kərimlini məhkəməyə VERDİ

AXCP-nin keçmiş üzvü Əli Kərimlini məhkəməyə VERDİ

Hazırda oxunan: AXCP-nin keçmiş üzvü Əli Kərimlini məhkəməyə VERDİ

205822

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Məhkəməyə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ə.Kərimli sosial şəbəkədə məlumat yayıb. 

O bildirib ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb:

“İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb”.

AXCP sədri elektron məhkəmə portalında şikayətçinin kimliyinin göstərilmədiyini deyib:

“Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”.

Məlumata görə, Əli Kərimlini AXCP-nin keçmiş üzvü məhkəməyə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO