Hərbi Prokurorluq Heydər Əliyevin 98-ci ildönümü münasibəti ilə tədbir keçirdi - FOTO

Hərbi Prokurorluq Heydər Əliyevin 98-ci ildönümü münasibəti ilə tədbir keçirdi - FOTO

Hazırda oxunan: Hərbi Prokurorluq Heydər Əliyevin 98-ci ildönümü münasibəti ilə tədbir keçirdi - FOTO

20578

Mayın 8-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yaradılmış “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyub, dünya şöhrətli siyasətçi-böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikası Baş prokurorunun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasimdə çıxış edərək ömrü boyu qəlbi Vətən sevgisi ilə döyünən, milli-mənəvi dəyərlərə sıx bağlı olan, azadlığa, müstəqilliyə gedən yolumuzu nurlandıran, daim milləti ilə birlikdə olmaqla, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin beynəlxalq aləmdə və Azərbaycan tarixində rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və gördüyü nəhəng işlər barədə ətraflı məlumat verib.

Hərbi prokuror Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusunun 30 illik işğala son qoyması, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğratması və “Dəmir yumruq” əməliyyatının Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatmasından danışaraq şanlı vətən müharibəmizdən bəhs edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO