Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - FOTO

Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - FOTO

205766

Lənkəran - Lerik magistralının Qurumba kəndi ərazisində yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Sonra isə hər iki avtomobil elektrik dirəklərinə çırpılıblar. 
 

Qəza nəticəsində üç nəfər şəxs - Lənkəran rayon Kərgəlan kənd sakini 1989 - cu il təvəllüdlü Arzu Xanverdi qızı Canıyeva, Lənkəran rayon Şağlaküçə kənd sakini 1995 - ci il təvəllüdlü Nurlan Akşin oğlu Kərimzadə və onun həmkəndlisi 1995 - ci il təvəllüdlü Rasim Ariz oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıblar.

 
Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan biri agır vəziyyətdə olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO