İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə: MÜSAHİBƏ BAŞLAYIR

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə: MÜSAHİBƏ BAŞLAYIR

Hazırda oxunan: İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə: MÜSAHİBƏ BAŞLAYIR

205718

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnsitutu məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək.
 

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.


Qeyd edilib ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO