İcma Qaydalarına Uyğunluq Hesabatlarında silinmiş videoçarxların və hesabların həcmi və xarakteri barədə hər rüb olduğu kimi bu rübdə məlumatlar açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TikTok” Azərbaycanın İcma Qaydalarına Uyğunluq Hesabatında qeyd olunub.
Bildirilib ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda:
• 713 885-dən çox videoçarx İcma Qaydalarını pozduğu üçün silinib.
• Silinmiş videoçarxların ümumi sayının 95,9%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət olunmadan öncə aradan qaldırılıb.
• Məzmunun 94,2%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Eyni müddət ərzində dünya miqyasında İcma Qaydalarının pozulmasına görə:
• 166 997 307 videoçarx silinib.
• Videoçarxların 97,7%-i proaktiv şəkildə aradan qaldırılıb.
• 89,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Xatırlatmaq istəyirik ki, keçən il ərzində Azərbaycanda İcma qaydalarını pozmuş 2.071.243 video silinib. Bu hesabatdan etibarən TikTok, videolardakı İcma Qaydalarını pozan şərhlərin silinməsi barədə də məlumat verməyə başlayır. Belə ki, 2024-cü ilin birinci rübündə dünya üzrə ümumilikdə 976 479 946 şərh silinib ki, bu da həmin dövrdəki bütün şərhlərin 1,6%-ni təşkil edir. Eyni zamanda, müəlliflərin özləri xüsusi təhlükəsizlik alətləri vasitəsilə məzmunlarına yazılan 3 381 646 722 şərhi süzgəcdən keçirib və ya silib.
Əlavə edək ki, "TikTok" birinci rübdə dünya üzrə 3 473 314 izləyici auditoriyası olan 1 675 hesabdan ibarət 10 gizli təsir şəbəkəsinin də fəaliyyətini dayandırıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 08.08.2024
Azərbaycanda 3 ayda “TikTok”-dan 700 mindən çox video SİLİNDİ
Hazırda oxunan: Azərbaycanda 3 ayda “TikTok”-dan 700 mindən çox video SİLİNDİ
Hazırda oxunan: Azərbaycanda 3 ayda “TikTok”-dan 700 mindən çox video SİLİNDİ
205704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.