Odda yanmış, suda batmış avtomobillər ölkəmizə niyə GƏTİRİLİR? – AÇIQLAMA

Odda yanmış, suda batmış avtomobillər ölkəmizə niyə GƏTİRİLİR? – AÇIQLAMA

Hazırda oxunan: Odda yanmış, suda batmış avtomobillər ölkəmizə niyə GƏTİRİLİR? – AÇIQLAMA

205697

Son dövrlərdə xarici ölkələrdən, xüsusilə də ABŞ-dan qəzalı, bir hissəsi yanmış, hətta suda batmış maşınların gətirilməsi adi hala çevrilib. Onların bir çoxu elə gətirildiyi kimi, qəzalı halda ucuz qiymətə satışa çıxarılır. Bəzi hallarda isə həmin avtomobilləri bəzəyib “vuruqsuz” adı ilə satanlar da olur. Bu da insanlarda birmənalı olaraq tənqidə səbəb olub.

Digər tərəfdən istehsal ili köhnə avtomobillərin ölkəmizə gətirilməsi qadağan edilib.

Bəs, ili təzə olan, amma aşmış, yanmış, əzilmiş maşınlar ölkəyə niyə gətirilir? Bu avtomobillər nə üçündür? Belə çıxır ki, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur?

Nəqliyyat eksperti Aslan Əsədov Bizim.Media-ya bildirib ki, bu cür avtomobillərin ölkəyə gətirilməsində əsas məqsəd pul qazanmaqdır:

“Bu da maliyyə resursunun təmin edilməsi üçündür. Amma burada bir neçə faktorlar rol oynayır. Birinci faktor odur ki, tələbat var. Yəni tələbat varsa, təklif də avtomatik olaraq yaranır. Kifayət qədər belə maşınları alanlar var”.

Bəs bu cür avtomobilləri niyə alırlar?

Ekspert deyir ki, bu cür avtomobillər fərqli məqsədlər üçün istifadə olunur:

“İli təzə olan yeni avtomobillərin qiymətləri baha olduğundan bəzən bu cür avtomobilləri alırlar. Bəzən də olur ki, bu avtomobilləri gömrük rəsmiləşdirməsindən əlavə gətirib təmir edirlər, həmçinin onların saz detallarını qiymətləndirməklə digər avtomobillərə ehtiyat hissələri kimi satırlar”.

Nuray, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO