Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO

Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO

Hazırda oxunan: Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO

205656

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda vida mərasimi keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, vida mərasimi Ağdam Dövlət Dram Teatrının qarşısında baş tutub.

Mərasimdə Fərid Məmmədovun doğmaları, şəhid ailələri, rayon ictimaiyyəti, qazi və hərbçilər iştirak edirlər.

Vida mərasimindən sonra Fərid Məmmədovun meyitinin qalıqları rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən həlak olublar. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO